Moldovanın baş prokuroru saxlanılıb

6-10-2021, 08:14           
Moldovanın baş prokuroru saxlanılıb
Moldovanın baş prokuroru Aleksandr Stoyanoqlo 72 saat müddətinə saxlanılıb.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ona qarşı qaldırılan cinayət işini aparan prokuror Viktor Furtune bildirib.

"Alexander Stoyanogloun iş otağında axtarış apardıq, sonra onu saxladıq. O, Cinayət Məcəlləsinin dörd maddəsi: vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, korrupsiya və yalan ifadə vermək ittihamlarını özündə birləşdirən cinayət işi ilə saxlanılıb. İstintaq davam edir", - Furtune deyib.

Furtune Stoyanoqlonun günahı sübuta yetiriləcəyi təqdirdə mümkün həbs müddətinin adını çəkməkdə çətinlik çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru