Azərbaycanda 16 yaşlı oğlanın DƏHŞƏTLİ ÖLÜMÜ - Cinayət işi açıldı

6-10-2021, 12:08           
Azərbaycanda 16 yaşlı oğlanın DƏHŞƏTLİ ÖLÜMÜ - Cinayət işi açıldı
Oktyabrın 4-dən 5-nə keçən gecə Lənkəran şəhəri S.Vurğun küçəsi 16 ünvanında 2005-ci il təvəllüdlü Tahirov Murad Qədir oğlunun intihar etməsi ilə bağlı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, 16 yaşlı Murad son aylarda bir neçə dəfə özünü öldürməyə cəhd edib. Belə ki, depressiv əhvalda olan Murad Tahirov soda məhlulu içərək özünü öldürmək istəyib. Daha sonra isə 2 ay əvvəl o, kəsici alətlə qol damarlarını kəsərək həyatına son qoymağa çalışıb. Hər iki halda onun həyatını xilas etmək mümkün olub.

Oktyabrın 5-nə keçən gecə isə 16 yaşlı oğlan ailəü zvlərinin yatmasından istifadə edərək yaşadığı evin 2-ci mərtəbəsinin artırmasına qalxıb və orada özünü asaraq intihar edib.



Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru