OĞUZDA DƏHŞƏTLİ OLAY: 66 yaşlı qadın boğazını kəsdi...

6-10-2021, 14:38           
OĞUZDA DƏHŞƏTLİ OLAY: 66 yaşlı qadın boğazını kəsdi...
Oğuz rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında rayonun Sincan kəndində baş verib.

Belə ki, rayon sakini 1955-ci il təvəllüdlü Almaz Abdulhüseyn qızı İsayeva bıçaqla boğazını kəsərək intihara cəhd edib. Boğazından ağır xəsarət alan 66 yaşlı A. İsayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə A. İsayeva rayonun Xaçmaz kəndində yaşayıb. Hadisə vaxtı o, Sincan kəndinə qardaşının evinə gəlib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır./report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru