Pakistanda 5,7 bal gücündə zəlzələ olub 7-10-2021, 08:06 Pakistanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.Məlumata əsasən, yeraltı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Facebook-da paylaş