Yaponiyada zəlzələ baş verib

7-10-2021, 19:18           
Yaponiyada zəlzələ baş verib
Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə 6,1 maqnitudalı zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Mərkəzi Tokio və Çiba prefekturalarının sərhədi yaxınlığında qeydə alınan zəlzələnin ocağı 80 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra paytaxtətrafı dəmir yollarında “Shinkansen” sürət qatarlarının səfərləri dayandırılıb.

Dağıntı və ya insan tələfatı barədə xəbər verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.