İran Fars körfəzində Amerika gəmisini ələ keçirdi - VİDEO

8-10-2021, 00:10           
İran Fars körfəzində Amerika gəmisini ələ keçirdi - VİDEO
İran İslam İnqilabı Keşikçiləri Korpusunun qayıqları Fars körfəzində ABŞ gəmisini ələ keçirib. Bu barədə ölkənin dövlət televiziyası xəbər verir.

Yayılan videoda sürət gəmilərindən birindən çəkilmiş kadrları nümayiş etdirilir. Kadlarda, Amerika bayrağı ilə üzən bir gəmi, eləcə də göyərtədə olan bir neçə nəfər lentə alınıb.

"İran donanması Fars körfəzindəki Amerika və xarici qüvvələr üzərində tam üstünlüyünü nümayiş etdirib", - reportajda deyilir.

ABŞ-ın 5-ci Dəniz Donanmasının Bəhreyndəki nümayəndəsi Timothy Hawkins, öz növbəsində, son günlər belə bir hadisə haqqında heç bir şey bilmədiyini söyləyib.

Hadisənin təfərrüatları, eləcə də videonun çəkildiyi vaxt məlum deyil.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.