Rusiyada saxta spirtli içkidən 11 nəfər ölüb

8-10-2021, 07:14           
Rusiyada saxta spirtli içkidən 11 nəfər ölüb
Rusiyada saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

“Report” xəbər verir ki, hadisə Orenburq vilayətində qeydə alınıb.

Spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilən dörd nəfərin vəziyyəti isə ağırdır.

Vilayət qubernatoru Denis Paslerin mətbuat xidməti bildirib ki, surroqat spirtdən (Odekolon – Red) hazırlanan içki fərqli qablarda və fərqli yerlərdə satılıb. Vətəndaşlara aksiz markası olmayan spirtli içkiləri almamaq tövsiyyə edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru