ABŞ-ın atom sualtı qayığının naməlum obyektlə toqquşduğu bildirilir 8-10-2021, 07:58 ABŞ-ın hücum təyinatlı “USS Connecticut” atom sualtı qayığı Hind-Sakit okean bölgəsində naməlum obyektlə toqquşub.Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.Qeyd olunur ki, hadisə oktyabrın 2-də baş verib.Rəsmi mənbələr insident nəticəsində ekipaj üzvlərindən heç kimin xəsarət almadığı bildirir.“USNI News” nəşri toqquşma nəticəsində azı 11 nəfərin yüngül və orta dərəcəli xəsarət aldığını yazıb.Mənbə: “RİA Novosti” Facebook-da paylaş