Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artıb, saxlanılanlar var

8-10-2021, 10:15           
Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artıb, saxlanılanlar var
Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 14 nəfərə çatıb, daha 8 nəfər xəstəxanada müalicə alır.

“Report” xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.

Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.

Vilayətin İstintaq Komitəsi bəyan edib ki, hadisə ilə bağlı artıq üç nəfər şübhəli şəxs qismində saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.