Bakıda iki avtomobil yandı

9-10-2021, 12:33           
Bakıda iki avtomobil yandı
Bakıda iki avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Qaradağ rayonunda "NAZ-Lifan" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin 2 ədəd qapısı qarsalanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.