Əfqanıstanda terror aktında ölənlərin sayı 150-yə, yaralıların sayı 200 nəfərə çatdı
9-10-2021, 21:23
Əfqanıstanın şimalındakı Qunduz əyalətinin Seyid Abad məcidində törədilən terror aktında həlak olanların sayı 150 nəfərə çatıb. TİA.AZ xəbər verir ki, bu barədə “Etelaat-e ruz” qəzeti məlumat yayıb. Qeyd edilir ki, hadisə zamanı azı 200 nəfər xəsarət alıb. Həlak olanlar və yaralananlar arasında uşaqlar və yeniyetmələr də var.