Dəhşətli qətl:Həbsdən azad edilən qayınana evdə gəlininin boğazını kəsdi
10-10-2021, 10:31
Rusiyanın Omsk vilayətində dəhşətli qətl baş verib.
Cebhe.info xəbər verir ki, həbsdən azad edilərək evə qayıdan qadın gəlininin boğazını kəsib.
Arşadırma nəticəsində məlum olub ki, əvvəllər qətl törətməkdə təqsirli bilinən 56 yaşlı qadın 2021-ci ilin avqustunda həbsxanadan çıxıb. O, Omskda 35 yaşlı oğlunun yanına gəlib.
Oğlunun 37 yaşlı arvadı da daxil olmaqla qohumları ilə birlikdə bir neçə gün spirtli içki içiblər. Oktyabrın 8-də səhər kişi yatdığı zaman anası ilə arvadı arasında dava düşüb. Şübhəli şəxs bıçaq götürüb və gəlininin boğazının kəsib.
Cinayətkar özü polisə təslim olub və hər şeyi danışıb. Öldürülən qadının cəsədi mənzildə tapılıb.