Meksikada polis əməkdaşları güllələniblər

11-10-2021, 07:55           
Meksikada polis əməkdaşları güllələniblər
Meksikanın mərkəzi hissəsində eyniadlı ştatın paytaxtı Sakatekas şəhərində 4 polis əməkdaşı naməlum cinayətkarlar tərəfindən öldürülüb.

“Report” xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik İdarəsi tviterdə bildirib.

"Biz qorxaq hücumdan sonra əməkdaşların həlak olmasından dərin kədər hissi keçiririk", - mətndə deyilir. Quldurlar uşaq komandalarının yarışının keçirildiyi futbol meydançası yaxınlığında asayiş keşikçilərinə atəş açıblar. Hadisə zamanı oyunçular və azarkeşlər arasında zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Qeyd edək ki, cari ilin yanvarından sentyabradək Sakatekasda təxminən 900 insan zorakılığın qurbanı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru