Almaniyada sərnişin maska ​​taxmaq tələb edildiyi üçün avtobusa bibər qazı səpib

11-10-2021, 08:56           
Almaniyada sərnişin maska ​​taxmaq tələb edildiyi üçün avtobusa bibər qazı səpib
Almaniyanın Visbaden şəhərində (Hessen federal torpağı) bir kişi ondan maska taxmasını tələb etdikləri üçün avtobusda bibər qazı səpib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Qərbi Hessen polisi məlumat yayıb.

Hadisə şənbə günü gecə baş verib. Gənc oğlan avtobusa maskasız minib. Bu zaman digər sərnişinlərlə qarşıdurma yaranıb, bundan sonra sürücü ondan avtobusdan düşməsini tələb edib. Buna etiraz olaraq həmin gənc bibər qazı səpərək qaçıb.

Hadisə nəticəsində üç nəfər göz qıcıqlanmasından şikayət edib, onlara hadisə yerində tibbi yardım göstərilib.

Polis şübhəli şəxsi saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru