Çində avtobus çaya yuvarlanıb, 13 nəfər itkin düşüb

11-10-2021, 10:47           
Çində avtobus çaya yuvarlanıb, 13 nəfər itkin düşüb
Çinin şimalında yerləşən Hebey əyalətində “Jingye Group” poladəritmə şirkətinin fəhlələrini daşıyan avtobusun çaya yuvarlanması nəticəsndə 13 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, məlumatı Çinin Mərkəzi televiziyası yayıb.

Bildirilib ki, hadisə oktyabrın 11-də səhər saatlarında baş verib. Qəza zamanı avtobusun salonunda 51 nəfər olub, onlardan 38-i xilas edilib.

İtkin düşənlərin axtarışları davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.