Azərbaycandan Rusiyaya göndərilmiş məhsullar qonşu ölkədə məhv edilib

11-10-2021, 16:03           
Azərbaycandan Rusiyaya göndərilmiş məhsullar qonşu ölkədə məhv edilib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycan, Özbəkistan və Tacikistandan bu ölkəyə ixrac olunmuş 8,8 ton məhsulun karantin tələblərinə uyğun olmaması qənaətinə gəlib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, həmin məhsulların istiqaməti qonşu ölkənin Samara vilayəti olub. Söhbət təzə gilas, təzə ərik, təzə limon, təzə ləçək, quru ərik, fıstıq, badam, fıstıq, kişmiş, ərik dənələri və qoz ləpəsindən gedir. Məhsullar yerli qanunvericiliyə uyğun olaraq məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru