Bağça müdirinə cinayət işi açılıb

12-10-2021, 11:05           
Bağça müdirinə cinayət işi açılıb
Azərbaycanda bağça müdirinə cinayət işi başlanılıb.

Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru