Qəza törədən yük avtomobilinin 19 yaşlı sürücüsü tutuldu
13-10-2021, 11:07
Aeroport yolunda bir neçə nəfərin ölümü ilə nəticələnən yol qəzasında sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub. Teref.az Report-a istinadən xəbər verir ki, o, 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur. Həmin şəxs saxlanılıb.