Avstraliyada ölkə tarixinin ən böyük narkotik partiyası müsadirə edilib - FOTO

17-10-2021, 10:16           
Avstraliyada ölkə tarixinin ən böyük narkotik partiyası müsadirə edilib - FOTO
Avstraliya federal polisi Malayziyadan Melburna göndərilən konteynerdə 450 kiloqram qanunsuz narkotik ələ keçirilib. Bu ölkə tarixində tapılan ən böyük heroin partiyasıdır. Onun dəyəri 100 milyon dollardan çox (170 milyon manatdan çox) qiymətləndirilir.

Hadisə ilə bağlı bir malayziyalı saxlanılıb. O, narkotik vasitələri idxal etməkdə və saxlamağa cəhddə ittiham olunur.

Avstraliya qanunlarına əsasən bu cinayətə görə maksimum cəza ömürlük həbsdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru