Rusiyada yük maşını ilə iki avtobus toqquşub: 20-dən çox yaralı var - VİDEO

17-10-2021, 10:26           
Rusiyada yük maşını ilə iki avtobus toqquşub:
Rusiyanın Nijni Novqorod şəhərində yük avtomobili ilə iki avtobus toqquşub.

Toqquşma nəticəsində 24 nəfər xəsarət alıb.

21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır. Bir nəfər isə yerindəcə tibbi yardım göstərilib və o, evə yola salınıb.

Hazırda qəzanın baş verdiyi yerdə prokurorluq orqanın işçiləri tərəfindən araşdırma aparılır.

Mənbə: “RİA Novosti”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.