İraqda qəribə hadisə: 2 ay əvvəl ölən qadın seçkilərdə qalib gəldi - FOTO

17-10-2021, 16:55           
İraqda qəribə hadisə: 2 ay əvvəl ölən qadın seçkilərdə qalib gəldi - FOTO
2 ay əvvəl koronavirusdan ölən qadın İraqda keçirilən parlament seçkilərində qalib elan olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Bildirilib ki, Bağdad sakini Ansam Manuel səsvermədən təxminən iki ay əvvəl yeni koronavirusa yoluxaraq dünyasını dəyişib. Ancaq onun adı qəribə şəkildə siyahıda qaldı və seçkilərdə təxminən 2400 seçicinin dəstəyini aldı. Hadisənin ortaya çıxmasından sonra xalq hökuməti sərt tənqid edərək seçkiləri saxtalaşdırmaqda günahlandırıb. Ölən qadının ailəsi açıqlama verərək bildirib ki, seçkilərdə dostları və tərəfdarları erkən dünyasını dəyişən bu gənc qadına xatirə, minnətdarlıq və hörmət əlaməti olaraq səs verdilər.
Hökumət mənbələri isə bildirib ki, ölən qadının adı texniki səbəblərə görə, yanlışlıqla seçki bülletenlərindən çıxarılmayıb. Bir çox seçici namizədin öldüyünü bilmədən ona səs verib.

Fotoda: Ansam Manuel












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru