Britaniyalı deputat yüksək vəzifəli Afrika məmurunun oğlu tərəfindən öldürüldü

18-10-2021, 00:03           
Britaniyalı deputat yüksək vəzifəli Afrika məmurunun oğlu tərəfindən öldürüldü
Hakim Mühafizəkarlar Partiyasından olan Britaniya millət vəkili David Ammessin qatili, keçmiş yüksək vəzifəli Afrika məmurunun oğludur. Bu barədə İngiltərənin "The Times" qəzeti yazır.

Somali baş nazirinin keçmiş müşaviri Harbi Ali Kullane, nəşrə verdiyi açıqlamada, 25 yaşlı oğlunun hazırda həbsdə olduğunu söyləyib. O, şokda olduğunu və oğlundan bunu heç gözləmədiyini söyləyib.

Qəzetin mənbələrinə görə, Ali Harbi Əli əvvəllər radikal kimi bilinirdi və Ammessi öldürməzdən əvvəl xüsusi deradikalizasiya proqramına göndərilib. İstintaq onun tək hərəkət etdiyini deyir.

Xatırladaq ki, Ammess hücum zamanı kilsədə vətəndaşlarla görüşürdü. Ali Kullane ona bir neçə bıçaq zərbəsi endirib. Ammessə ilkin tibbi yardım göstərilsə də, o, sonradan aldığı xəsarətlərdən dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.