İsraildə rus mafiyasının lideri tutuldu - FOTO

18-10-2021, 13:09           
İsraildə rus mafiyasının lideri tutuldu - FOTO
Qüds prokurorluğu Rusiya mafiyasının lideri adlandırılan Mixail Tanskini adam oğurlamaqda və bir sıra digər cinayətlərdə günahlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “newsru.co.il” saytı yayıb.

Mənbə yazır ki, onun iki köməkçisi Dmitri Çervinski və Vladislav Kozçuka qarşı da ittihamlar irəli sürülüb.

Portalın məlumatına görə, cinayətkarları tutmaq üçün polis gizli agentdən istifadə etməli olub.

Tanski və daha 15 nəfər sentyabrın 20-də saxlanılıb. Onlar qanunsuz silah saxlamaqda, narkotik ticarətində, şantaj, təhdid və reketçilikdə, zorakılıqda, adam oğurluğunda şübhəli bilinirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru