Almaniyada iki azərbaycanlıya hücum: - YAŞLI ƏR VƏ ARVAD XƏSARƏT ALIBLAR

18-10-2021, 19:02           
Almaniyada iki azərbaycanlıya hücum: -
Almaniyanın Drezden şəhərində 54 yaşlı şəxs iki azərbaycanlıya hücum edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə migazin.de saytı məlumat yayıb.

Məlumatda deyilir ki, həmin şəxs ər və arvad olan azərbaycanlıların hər ikisini yaralayıb. Belə ki, 67 yaşlı kişi hücum zamanı başına endirilən zərbədən dolayı alınından yaralanıb. Hücum edən şəxs onun 66 yaşlı həyat yoldaşının saçından tutaraq, əvvəlcə yerlə sürüyüb, daha sonra isə tramvayın salonunda başını dirəyə vurub.

Drezden prokurorluğu və polisinin verdiyi açıqlamaya görə, baş verən hadisə ilə bağlı cinayət işi açılıb və hadisəni törədən 54 yaşlı şəxs saxlanılıb. Polisin açıqlamasına görə, 54 yaşlı alman psixi xəstəlikdən əziyyət çəkir. Olayın ksenofobiya səbəbindən baş verdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru