İtdən xilas etmək istəyərkən qızı güllələdi - VİDEO

19-10-2021, 08:34           
İtdən xilas etmək istəyərkən qızı güllələdi - VİDEO
Rusiyanın Moskva vilayətində polis gənc qızı itdən qorumaq istəyərkən, təsadüfən elə onun özünü də gülləyib. Hər şey 21 yaşlı qızın öz qohumu ilə mağazadan qayıtdığı vaxt baş verib. Alabay cinsli it əvvəlcə qızın yanında gedib, ətrafında dolanaraq oynamağa başlayıb, sonra onun gödəkçəsindən yapışıb, sonda isə yerə yıxıb.

Qızın xalası itlə tək bacara bilməyəcəklərini anlayaraq polisə zəng edib.

Hadisə yerinə gələn polisin iti uzaqlaşdırmaq cəhdi bir nəticə verməyib. Hüquq mühafizəçi çarəni onu silahla vurmaqda görüb və tabel silahı ilə atəş açıb. Güllələrdən üçü itə dəysə də, biri qıza dəyib.

İt ölüb, qız isə xəstəxanaya yerləşdirilib.

Alabayın sahibi tapılıb. Onun sözlərinə görə, görülən bütün tədbirlərə baxmayaraq, heyvan həmişə onun əlindən qaçırmış.

RF İstintaq Komitəsi yoxlamalara başlayıb.

Mənbə: “Shot” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru