İsrailli dalğıc dənizin dibindən səlibçilərə aid qılınc aşkar edib - FOTO

19-10-2021, 09:57           
İsrailli dalğıc dənizin dibindən səlibçilərə aid qılınc aşkar edib - FOTO
İsrailli dalğıc ölkənin şimal sahillərində, dənizdə, Səlib yürüşləri dövrünə aid qədim qılınc aşkar edib.

Qeyd olunur ki, Karmel sahillərində tapılan qılınc 900 il əvvələ aiddir.

Tapıntı sözügedən ərazinin səlibçilər tərəfindən liman kimi istifadə edildiyi qənaətini möhkəmləndirir.

Artıq dalğıc qədim qılıncı dövlətin aidiyyəti qurumlarına təhvil verib.

Mənbə: “RİA Novosti”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.