İranda daha 6 məhkum edam edildi

20-10-2021, 11:17           
İranda daha 6 məhkum edam edildi
İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilən daha 6 məhkum dara çəkilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Teleqram kanalı yayıb.

Mənbə yazır ki, məhkumlardan üçü altı gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, natotik maddələrin satışı və qaçaqmalçılığında təqsirli bilinən 3 məhkum - 41 yaşlı Hamed Cəfərzadə, 39 yaşlı Süheyl Höccətfər və soyadı açıqlanmayan Yunus adlı məhkumlar oktyabrın 13-ü səhər saatlarında Zəngan şəhərinin zindanında dara çəkiliblər.

Yayılan məlumata görə, oktyabrın 18-də isə narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan Zəkəriyya Bəluç və Səid Sadiqi adlı daha 2 məhkum Zahidan və Səravan həbsxanalarında, eləcə də kimliyi və nədə ittiham olunduğu açıqlanmayan 1 məhkum da Amol şəhərzindanında dara ağacından asılıb.

Qeyd edək ki, İran əhalisinin sayına nisbətdə ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru