Elnur Əşrəfoğlunun dəfn yeri müəyyənləşdi

20-10-2021, 10:12           
Elnur Əşrəfoğlunun dəfn yeri müəyyənləşdi
Dünən koronavirus səbəbilə 47 yaşında vəfat edən məşhur jurnalist, idman şərhçisi Elnur Əşrəfoğlu Saray qəsəbəsində dəfn olunacaq.

Milli.Az xəbər verir ki, jurnalistin nəşi bu gün saat 10-11 radələrində vida mərasimi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasından (Semaşko) Sulutəpə qəsəbəsində yaşadığı evə aparılacaq.

O daha sonra Saray qəsəbəsində ailə məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, jurnalist Elnur Əşrəfoğlu bir aydan çox idi ki, COVİD-19 yoluxması diaqnozu ilə "Yeni klinika"da müalicə olunurdu. Şərhçi oktyabrın 19-da axşam saatlarında vəfat edib.

Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru