Dövlət borcunun ödənməsinə 1,5 milyard manatdan çox vəsait yönəldilib

21-10-2021, 12:27           
Dövlət borcunun ödənməsinə 1,5 milyard manatdan çox vəsait yönəldilib
2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19 657,5 mln. manat proqnoza qarşı 17 711,9 mln. manat və ya 90,1% icra edilib.

Pravda.az-ın xəbərinə görə, dövlət büdcəsi xərclərinin 11 476,4 mln. manatı və ya 64,8%-i cari xərclərə, 4 722 mln. manatı və ya 26,7%-i əsaslı xərclərə, 1 513,5 mln. manatı və ya 8,5%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Qeyd edək ki, 2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru