Məmmədovla Avetisyanın “işbirliyi” 26 nəfəri öldürdü

21-10-2021, 12:38           
Məmmədovla Avetisyanın “işbirliyi” 26 nəfəri öldürdü
Rusiyanın Yekaterinburq şəhərində 26 nəfərin keyfiyyətsiz içkidən zəhərlənməsi ilə bağlı 2 nəfər həbs olunub.

Teref.az Rusiya KİV-nə istinadən xəbər verir ki, metil spirtini vodka adı ilə satanlar Gürcüstan və Azərbaycan vətəndaşlarıdır. Onlar Sverdlovsk vilayətində 26 nəfərin ölümü ilə nəticələnən saxta içki partiyasını ticarət köşklərinə satmışdılar.

Oktyabrın 7-dən 20-nə qədər milliyətcə azərbaycanlı 54 yaşlı Nadir Məmmədov və milliyətcə erməni 42 yaşlı Armen Avetisyan həmin saxta içkiləri Yekaterinburq şəhərində satıblar. Bu zaman 26 nəfərin ölümü ilə yanaşı, 20-yə qədər insan da xəstəxanaya yerləşdirilib./modern.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru