Azərbaycanda evlənən kişi Rusiyada toy etdi: amma... - TƏFƏRRÜAT

25-11-2021, 12:01           
Azərbaycanda evlənən kişi Rusiyada toy etdi: amma... - TƏFƏRRÜAT
Rusiyanın Saxa respublikasının Labıtnangi rayon prokurorluğu Azərbaycan vətəndaşı haqda cinayət işi qaldırıb.

Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, araşdırma zamanı məlum olub ki, 38 yaşlı Azərbaycan vətəndaşı yerli sakinlə nikah bağlayıb. Toydan sonra nikahın saxta arayışla bağlandığı məlum olub.

Söhbət ondan gedir ki. o, 2013-cü ildə Azərbaycanda evlənib və həyat yoldaşı burada yaşayır. Amma o, boşanmamış evlənmək üçün saxta sənəd təqdim edib.

Prokurorluq onun haqqında cinayət işi qaldırıb. Yerli qanunvericiliyə görə onu 3 ilədək həbs gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru