Erməni yepiskop əhalini müharibəyə səslədi - YENƏ QAŞINIRLAR...

29-11-2021, 12:42           
Erməni yepiskop əhalini müharibəyə səslədi - YENƏ QAŞINIRLAR...
"Bu gün ümidsizlik bizi yeyir, yeyir və yorur, düzgün yollar tapmağa imkan vermir”.

Qaynarinfo xəbər verir ki, bu barədə Tavuş yeparxiyasının primatı, yepiskop Baqrat Qalstanyan bazar günü xütbəsində deyib.

Sülhdən, əmin-amanlıqdan danışmalı olan yepiskop Baqrat 44 günlük Vətən Müharibəsində verdikləri minlərlə itkidən dərs almayaraq, çıxışının davamında yenə müharibədən dəm vurub:

"Bizi daim müharibə ilə təhdid edirlər. Bəli, müharibənin özü elə bir dəhşətli hadisədir ki, ziyalı insan müharibəni, hətta yüngül döyüşü belə istəməz, amma xalqların varlığı, istəsək də, istəməsək də bizim də varlığımız birbaşa belə bir vəziyyətlə bağlıdır. Biz hər saat və hər saniyə hazır olmalıyıq, lazımdır ki, hazırlaşaq, dəyərlərdən, ləyaqətdən danışmaqdan qorxmamalıyıq.

Bəli, müharibənin həyati qiyməti var, amma nə həyati qiymətə başa gəlmir ki?"



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.