Qənirə Paşayeva: "Zəfər yenə bizim olacaq"
23-03-2016, 10:22
Millət vəkili Q.Paşayeva Heydər Əliyev sarayında Novruz bayramı ilə bağlı Azərbaycan və Türkiyənin birlikdə keçirdiyi tədbirdə çıxış edib.
O, deyib: “100 il sonra yeni bir Çanaqqaladan keçirik və zəfər yenə bizim olacaq”.
Heydər Əliyev adına sarayda Türkiyə Cumhuriyyəti Böyükelçiliyi və Kültür Müşavirliyi, TİKA və Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə bağlı tədbir, konsert proqramı keçirilib. Proqramın sonunda çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayeva dünyanın hər yerində yaşayan insanlarımızı Novruz bayramı, yeni ilimizin gəlişi münasibəti ilə təbrik edib. Q. Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir sözlərinin müəllifi, Azərbaycanı ümumimilli lideri Heydər Əliyevin adını daşıyan sarayda Azərbaycan və Türkiyənin Novruz bayramını birlikdə qeyd etməsini dosta da düşmana da bir məsaj olduğunu da söyləyib. Bu gözəl bayramı amma Azərbaycan və Türkiyə olaraq istədiyimiz sevinclə qarşılaya bilmirik çünki Azərbaycan torpaqlarımızın 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizdə bayramlarımızı qeyd edə bilmirik, qardaş Türkiyədə isə terror aksiyaları nəticəsində çoxlu sayda qardaş-bacılarımız həyatını itirib deyən milllət vəkili Q.Paşayeva bütün tədbir iştirakçılarını Azərbaycan və Türkiyədən olan şəhidlərimizin ruhunu 1 dəqiqəlik sayğı duruşu ilə yad etməyi təklif edib. Sayğı duruşundan sonra çıxışını dava etdirən millət vəkili Q.Paşayeva qardaş Türkiyədə terror nəticəsində həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik və Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. O, biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmana da çox önəmli məsaj oldu bunun üçün dövlət başçımıza təşəkkür edirik deyib. Canakkale zeferinin 101-cü ildönümüdür və biz birlikdə burada dədələrimizin yazdığı şərəfli tarixin də 101-cü ildönümünü birlikdə qeyd edirik deyən Qənirə Paşayeva, 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib. Çanaqqalada 3000 mindən çox Azərbaycan türkünün şəhid olduğunu deyən millət vəkili
Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyən millət vəkili Q.Paşayeva bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə hər iki gözəl bayramımızı burada birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb:” Arzu edirəm ki, gələn il Novruz bayramımızı , bu cür bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”. Millət vəkili həmçinin 21 Martda 110 yaşı tamam olan böyük şairimiz Səməd Vurğunu, 21 Martda vəfat edən ustad Aşıq Veysəli da xatırlayıb və onlara Allahdan rəhmət diləyib. 21 Martın həmçinin Daun Sindromlu Uşaqlar Günü olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva cəmiyyəti onlara daha sevgi ilə yanaşmağa çağırıb.
Bir daha dünyanın hər yerində yaşayan insanlarımızı təbrik edən millət vəkili Q.Paşayeva Bakı Yunus Emre İnstitutu, Türkiyə Cumhuriyyəti Böyükelçiliyi və Kültür Müşavirliyi və TİKA-nın təşkilatçılığı ilə Azərbaycana gələn “TUBİL” Türk xalq rəqsləri qrupunin 2 gün əvvəl ön cəbhədə millət vəkili seçildiyi Tovuzda bu gün olduğu kimi gözəl bir konsert verdiyini vurğulayaraq onlara təşəkkür edib və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından onlara Azərbaycan mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim edib. Tədbrin sonunda Türkiyə Böyükelçiliyi Kültür Müşaviri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi adından və təşkilatçılar adından millət vəkilinə təşəkkürünü bildirib.