Bakıda xanım sərnişinə çay təklif edən və ona sataşan taksi sürücüsü saxlanıldı

3-12-2021, 13:02           
Bakıda xanım sərnişinə çay təklif edən və ona sataşan taksi sürücüsü saxlanıldı
Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.

“Report”un məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılıb.

O qeyd edib ki, həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb: "Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib”.

“Taksi sürücülərin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş məlumat veriləcək”, - o vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.