İranda zəncirvari qəza olub, 10 nəfər ölüb

25-12-2021, 11:54           
İranda zəncirvari qəza olub, 10 nəfər ölüb
Bu gün səhər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda baş verən zəncirvari qəzada 10 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti təcili yardım mərkəzinin ictimai əlaqələr şöbəsinin müdiri Arif Əsl Şərəhani deyib.

Onun sözlərinə görə, hadisədə fəhlələri daşıyan minik avtomobilinin bütün sərnişinləri ölüb. Zəncirvari qəza 5 minik avtomobili və bir yük maşınının iştirakı ilə baş verib. İndiyədək 6 nəfər xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 12 təcili yardım avtomobili cəlb olunub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru