Rusiyadan Ermənistana uçan təyyarənin mühərriki alovlandı – VİDEO

25-12-2021, 19:49           
Rusiyadan Ermənistana uçan təyyarənin mühərriki alovlandı – VİDEO
“Utair” aviaşirkətinə məxsus təyyarənin Rusiyanın Tümen şəhərindən İrəvana icra etdiyi uçuş alovlanan mühərrik səbəbiylə təxirə salınıb.

“Səfər saat 07:20-də olmalı idi. Uçuş zamanı mühərrik partladı. Uçuş ləğv edildi. Sərnişinlərin yarısı evə getdi. Axşama yeni reys vəd edilir”, – deyə sərnişinlərdən birinin qohumu bildirib.

Hadisə ilə bağlı video internetdə yayılıb. Təyyarənin sol qanadının altında alovlanma görünür.

Hadisə ilə bağlı məlumat “Roşino” hava limanından təsdiqlənib.

Mənbə: 72.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru