Kəndirbaz sirkdə tamaşa zamanı hündürlükdən yerə çırpıldı - VİDEO
26-12-2021, 08:48
Rusiyanın Tümen şəhərində sirkdə kəndirin üzərində gəzən aktyor tamaşa zamanı hündürlükdən yıxılıb. Hadisə sirkdə olan tamaşıçılar tərəfindən çəkilib və ictimailəşdirilib.
Kadrlarda iki akrobatın kəndirin üzərində necə hərəkət etdiyi, onlardan birinin qəfil müvazinətini itirərək yerə yıxıldığı görünür.
Sirk aktyoru ayağından zədə alıb. O, xəstəxanaya yerləşdirilib.