Malayziyada daşqınlar nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb

27-12-2021, 07:19           
Malayziyada daşqınlar nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb
Malayziyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 47-yə yüksəlib. “Report” xəbər verir ki, bu barədə “Asian News International” (ANI) məlumat yayıb.

Məlumata görə, fasiləsiz davam edən yağışlardan sonra Malayziyanın bir çox bölgələri su altında qalıb.

Polis rəsmiləri daşqınlarda həyatını itirənlərin sayının 47-yə yüksəldiyini, itkin düşən 5 nəfərin axtarıldığını açıqlayıb.

Pahang əyalətindən olan 33 minə yaxın insan təxliyə edilib.

Hökumət yağışlardan əvvəl lazımi xəbərdarlıqları etmədiyi üçün tənqid olunub.

Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, daşqınlardan ən çox zərər çəkmiş ərazilərə Selangor, həmçinin Kelantan, Terengqanu, Pahang, Melaka, Negeri Sembilan, Perak və Kuala Lumpur daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru