Moskvada ağacdan asılıb qalmış Şaxta baba xilas edildi - VİDEO

28-12-2021, 09:07           
Moskvada ağacdan asılıb qalmış Şaxta baba xilas edildi - VİDEO
Moskvanın “Universitet” metrostansiyası yaxınlığında kuryoz hadisə baş verib.

Şaxta baba geyimində olan bir şəxs yaxınlıqdakı ağacın budaqları arasında ilişirək asılı vəziyyətdə qalıb.

Hadisə şahidləri xilasedicilərə yaxınlaşaraq onlara insident barədə məlumat veriblər. Maraqlısı isə budur ki, Şaxta babanın atı da ağacın altında olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları naməlum Şaxta babanın köməyinə gələrək onu ağacın budaqları arasından çıxarıblar.

Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.


Mənbə: rosbalt.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru