Çexiyada yolun buzlanması 36 maşının toqquşmasına səbəb oldu: Yaralılar var 21-01-2022, 09:38 Çexiyada 36 maşının iştirakı ilə zəncirvari qəza baş verib.Plzen-Praqa magistralında baş verən qəza zamanı 22 minik avtomobili və 14 yük maşını toqquşub.Hadisə nəticəsində dörd nəfər yaralanıb. Yaralılar helikopterlə Praqa xəstəxanasına çatdırılıblar.Qəzaya yolun buz tutmasının səbəb olduğu ehtimal edilir.Mənbə: RT Facebook-da paylaş