Maskasız sərnişinə görə Mayami – London reysi icra olunmayıb

21-01-2022, 11:05           
Maskasız sərnişinə görə Mayami – London reysi icra olunmayıb
ABŞ-ın Mayami şəhərindən Londona uçan təyyarə maska taxmaqdan imtina edən sərnişinə görə geri qayıdıb.

APA-nın xəbərinə “American airlines” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir müddət sonra maska taxmaqdan imtina edən qadın uçuş heyətini təhqir edib. Kapitan geri qayıdaraq Florida aeroportuna enib. Dava salan sərnişin polisə təhvil verilib.

ABŞ-ın Mülki Aviasiya qurumu 2021-ci ilin yanvarından bütün təyyarələrdə maskadan istifadəni məcburi edib. Bu səbəbdən vaxtaşırı olaraq sərnişinlərlə uçuş heyəti arasında insidentlər baş verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru