Rusiyada ağlasığmaz olay - Ramzan Kadırova tabe polislər keçmiş hakimin arvadını oğruladılar FOTO

22-01-2022, 15:11           
Rusiyada ağlasığmaz olay - Ramzan Kadırova tabe polislər keçmiş hakimin arvadını oğruladılar FOTO
Rusiyada bu ilin yanvar ayının 20-də ağlasığmaz hadisə baş verib.

Hurriyyet.az “Novaya qazeta” qəzetinə istinadən xəbər verir ki, silahlı adamlar Nijni-Novqorod şəhərində Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi, Ramzan Kadırovun düşməni Saydi Yanqulbayevin evinə soxularaq onu arvadını oğurlayıb aparıblar.

Bu barədə Rusiyanın “İşgəncələr əleyhinə komitə” adlı təşkilatı (hazırda Rusiyada fəaliyyəti qadağandır-red.) məlumat yayıb.

Qeyd etmək lazımdır ki, silahlı şəxslər guya əllərində hansısa sənəd göstərərək, Rusiya Daxili işlər nazirliyinin Qroznı şəhər idarəsinin sərəncamı ilə gəldiyini göstəriblər. Onların hədəfi əslində Saydi Yanqulbayev olub.

Sənədin saxtalığını təsbit edən keçmiş hakim həmin adamları evə buraxmaq istəməyib. Bu zaman silahlı şəxslər evə zorla soxularaq gözünün önündə arvadı Zarema Musayevanı döyüb, daha sonra evdən çıxarıblar. Saydi Yanqulbayevin toxunulmazlığa malik olması onu eyni aqibətdən xilas edib.

Hadisəyə münasibət bildirən Ramzan Kadırov telegram kanalda bunları yazıb: Nə olursa olsun, bildirirəm ki, bu ailəni ya həbsxana, ya da yeraltı gözləyir. Və bu artıq məndən asılı deyil. Mən cəmiyyətdəki əhval-ruhiyyəni bilirəm. Nə qədər ki, heç olmasa bir çeçen sağdır, bu ailənin üzvləri daha sərbəst həyatdan həzz ala bilməyəcəklər. Bunu həmişə xatırlayın, Yanqulbayevlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru