Azərbaycanda qohumu 32 yaşlı kişini güllələyib öldürdü - TƏFƏRRÜAT (VİDEO)

24-01-2022, 12:09           
Azərbaycanda qohumu 32 yaşlı kişini güllələyib öldürdü - TƏFƏRRÜAT (VİDEO)
Bərdədə iki qohum arasında düşən mübahisə qanla nəticələnib. Bərdə sakini qohumuna oldu silahla atəş açaraq qətlə yetirib.

Manset.az-ın məlumatına görə, hadisə rayonun Lənbərən kəndində baş verib.

1990-cı il təvəllüdlü İsrafil Hüseynova odlu silahdan atəş açılıb. Hadisə zamanı iki güllə yarası alan 32 yaşlı şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisəni törədən Lənbəran kənd sakini Sərvan Hacıyev saxlanıb. Qətlin münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.