İranda təyyarə qəzası - ölənlər var 4-02-2022, 08:09 İranın şərqində yerləşən Xorasan Rəzəvi vilayətində yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb."Unikal" IRNA-ya istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.Təyyarənin “Kavyani Kaşmir” hava limanı yaxınlığında qəzaya uğradığı bildirilir.Hadisə zamanı daha iki nəfər yaralanıb.Qeyd olunur ki, hazırda qəzanın səbəbi araşdırılır. Facebook-da paylaş