Bakıda əməliyyat: Saxlanılanlar var

Bu gün, 00:08           
Bakıda əməliyyat: Saxlanılanlar var
Qaradağ və Yasamal rayonlarında oğurluq edən şəxslər saxlanılıb.
DİN-dən Ajans.az-a verilən məlumata görə, Qaradağ rayon ərazisində yerləşən iki marketdən oğurluqlar edilib və nəticədə zərərçəkənlərə 1200 manata yaxın maddi ziyan vurulub.

Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Yasamal rayonunda yerləşən evlərin birindən pul oğurlamaqda şübhəli bilinən 42 yaşlı V.Rzayev, 31 yaşlı T.Mənsimov və S.Mənsimov da saxlanılıblar.

Araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru