Estoniyada Ukrayna üçün xilasedici gəmi hazırlanmasına başlanılıb

30-04-2022, 09:53           
Estoniyada Ukrayna üçün xilasedici gəmi hazırlanmasına başlanılıb
Estoniyada Saaremaa adasındakı “Baltic Workboats” gəmiqayırma zavodu Ukraynanın sifarişi ilə Qara dənizdə fəaliyyət göstərəcək xilasedici gəminin düzəldilməsinə başlayıb.

Bir ildən sonra gəminin Odessa limanına çatdırılması planlaşdırılır.

Hazırda Ukraynanın Dəniz Xilasetmə Xidmətinin sərəncamında yeddi gəmi var, onların yarısı illər öncə Saaremaa adasında düzəldilib.

Uzunluğu 28 metr və dəyəri beş milyon avrodan çox olan yeni gəmi səkkizinci olacaq.

Mənbə: ERR












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru