Ural Hava Yollarına məxsus təyyarədə naviqasiya sistemi sıradan çıxıb

1-05-2022, 10:35           
Ural Hava Yollarına məxsus təyyarədə naviqasiya sistemi sıradan çıxıb
Ural Hava Yollarına məxsus təyyarənin ekipajı naviqasiya problemlərinin yarandığı barədə məlumat verib. Sistem Ramenskoye-Xucənd reysi zamanı sıradan çıxıb. Bu barədə URA.RU “Aviaincident” telegram kanalının məlumatlarına istinadən yazıb.

“Saat 11:26-da (Moskva vaxtı ilə) hava hərəkətinin vahid idarəetmə sisteminin (HHVİS) Samara zonasında […] marşrutu üzrə uçarkən A-321 təyyarəsinin ekipajı naviqasiya sisteminin nasazlığı barədə məlumat verib. Saat 11:34-də naviqasiya sisteminin işini bərpa etdim, təyinat aerodromuna getmək qərarı verildi” – deyə məlumatda təyyarənin göyərtəsindən olan danışıqlar qeyd olunur.

Nəşrin məlumatına görə, saat 11-52-də sistemdə yenidən problem yaranıb, təyyarənin ekipajı bu barədə dispetçerə məlumat verib. Nəticədə pilotlar uçuş aerodromuna qayıtmaq qərarına gəliblər. Eyni zamanda “Təcili” və “Fəlakət” siqnalları elan olunmayıb.

Aviaşirkətin mətbuat xidməti məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edib.

Mənbə: Rambler.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru