Ermənistanda 6 bal gücündə zəlzələ baş verib 2-05-2022, 08:02 Ermənistanın Şirak və Lori rayonlarında 5 bal gücündə zəlzələ qeydə alınıb.APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb.Zəlzələ yerli vaxtla saat 23:35-də Gürcüstan və Ermənistan sərhədində 13 km şimal-şərqdə yerləşən Bavra kəndindən baş verib.Episentrdə yeraltı təkanların gücü 6 bal olub.Zəlzələ Şirak və Lori bölgələrində 5 bal, Tavuş bölgəsində 3-4, həmçinin İrəvan, Kotayk və Araqatsotnda 3 bal gücündə hiss olunub. Facebook-da paylaş