Belçikada etirazçılar dəmir çəllək geyərək nümayişə çıxdılar - VİDEO
2-05-2022, 09:33
Belçikada fəallar 1 May nümayişinə neft çəlləkləri geyinərək qatılıblar.
Onlar bu yolla yanacağın və zəruri məhsulların bahalaşmasına etiraz ediblər.
“Bu gün bizim bu çəlləklərdən başqa heç nəyimiz yoxdur. Bu o deməkdir ki, avtomobilin yanacağını aldıqdan, evi isitdikdən və yemək bişirdikdən sonra əlimizdə heç nə qalmayıb”, - aksiya iştirakçılarından biri bildirib.
Qeyd edək ki, Brüsselin mərkəzində keçirilən aksiya ifrat solçu Belçika İşçi Partiyası tərəfindən təşkil edilib.