Facebook-da yalançı səhifələr peyda olub - Xəbərdarlıq

19-04-2016, 23:42           
Facebook-da yalançı səhifələr peyda olub - Xəbərdarlıq
“Son günlər “Facebook” sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb”.

Avropa.info xəbər verir ki,bu barədə ləğv olunmuş TQDK məlumat yayıb:

“Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Nəzərinizə çatdırmaq istəyirik ki, bu səhifələrdən heç biri Dövlət İmtahan Mərkəzinin rəsmi facebook səhifəsi deyil. Yaxın günlərdə qurumun rəsmi facebook səhifəsi istifadəyə veriləcək və bununla bağlı əlavə məlumat saytımızda yerləşdiriləcək. Dövlət İmtahan Mərkəzi adından yaradılmış saxta facebook səhifələrindən istifadə etməməyiniz xahiş olunur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru